Yumurta yenə ucuzlaşacaq?

saytların hazırlanması

Evə çatdırılma

Yumurta yenə ucuzlaşacaq?

Sosial

04 Avqust 2026 15:16 100


“Havaların həddən artıq isti keçsə də, yaxın günlərdə yumurtanın qiymətində ucuzlaşma gözlənilmir”.

“Yeni Sabah” Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.

Onun sözlərinə görə, hazırda 1 ədəd yumurtanın pərakəndə satış qiyməti 13-17 qəpik arasında dəyişir: Pepperoni pizza

“Kifayət qədər istehlak var və istehsal da tələbatı tam qarşılayır. Anbarlarda artıq məhsul yoxdur, bazarda təklif tələbi üstələmir. Bu səbəbdən qarşıdakı günlərdə yumurtanın qiymətinin aşağı düşəcəyini düşünmürəm".

M.Həsənli bildirib ki, hazırda kənd yumurtasının 1 ədədi mağazalarda təxminən 25 qəpiyə satılır:

“Kənd yumurtası adətən yay aylarında daha ucuz olur. Sentyabrdan sonra isə qiymətlərdə artım müşahidə oluna bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!