“Yumurtaya kimin “ağır əli” dəydi? – İqtisadçıdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Yumurtaya kimin “ağır əli” dəydi? – İqtisadçıdan açıqlama

Sosial

26 Dekabr 2023 15:17 443


“Azərbaycandan Rusiyaya artıq 24 tondan çox yumurta ixrac edilib. Qiymət artımı onunla əlaqədar ola bilər ki, yumurta istehsalı edən müəssisələr öz potensialını tam ortaya qoya bilmir. Ona qədər bu tendensiya davam edəcək. Yəni ölkənin daxili bazarı üçün istehsal olunan məhsulun ixraca yönəldilməsi nəticəsində yaranmış boşluğun aradan qaldırılması prosesi olmalıdır. Bunu isə broyler müəssisələri birdən-birə edə bilməz. Çünki yumurta üçün toyuq yetişməlidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, əgər Azərbaycan hökuməti müəyyən müdaxilələr etməsə, analoji proses davamlı ola bilər: Pepperoni pizza

“Hökumət ixracı tənzimləməlidir, hökumət bilməlidir ki, ölkə daxilində nə qədər yumurta istehsal edilib. Bu ilin 11 ayı ərzində təxminən 918 milyon ədəd yumurta istehsal edilib. Təxminən 1 ay ərzində isə bu, 1 milyard ədəd yumurtanı keçəcək. 1 milyard ətrafında olan yumurta isə Azərbaycanın daxili tələbatını ödəyə bilir.

Biz ölkənin yerli tələbatına aid olan yumurtanı Rusiyaya ixrac edirik. Bu da yumurtanın bahalaşmasına gətirib çıxara bilər. Amma bu, həmçinin təşviş də ola bilər. Bu təlaş öz işini görür.

Yumurta azad rəqabətli sahəsi deyil, əksinə, inhisarçı sahədir. Ona görə də inhisarçılar da bundan sui-istifadə edə bilər. Məsələn, AQTA “Rosselxoznadzor”la razılaşma əldə edib, oraya mütləq yumurta ixrac olunmalıdır. Bu da üzərimizə qoyulan plandır, bunu etməliyik. Ona görə də bu, yumurtanın sayı bazarda azalır, azalma qıtlığa və bahalaşmaya səbəb olur. AQTA və Kənd Təsərrüfatı Nazirliyi preventiv tədbirlər görülməlidir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!