30 Sentyabr - 00:44
Zelenski elan etdi: Biz vuracağıq

Zelenski elan etdi: Biz vuracağıq

Dünya

15 Avqust 2022 10:15 758


Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna ordusu, kəşfiyyatı və xüsusi xidmət orqanları Zaporojidəki atom elektrik stansiyasını vuran və ya atəş açan rus əsgərlərini hədəf alacaq.

Yensiabah.az xəbər verir ki, Zelenski xalqa müraciətində Rusiyanın Atom Elektrik Stansiyasındakı mövcudluğunu saxlamaqla və ətrafını hədəfə almaqla həm Ukraynanı, həm də dünyanı şantaj etdiyini bildirib.

Zelenski deyib: “Onlar davamlı olaraq nüvə stansiyalarında partlayışlar törədir, dövlətimizi və bütün azad dünyanı daha da şantaj etmək üçün əlavə qüvvələrini bu istiqamətə çəkməyə çalışırlar. Elektrik stansiyasına atəş açan və ya ondan qalxan kimi istifadə edən hər bir rus əsgəri hədəfimizə çevriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!