Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün kiçik qrant müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində təqdim olunan layihələr üzrə qrant məbləğinin yuxarı həddi 30 min manat müəyyən edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, müsabiqə üzrə layihə təkliflərinə dair sənədlərin qəbulu oktyabrın 22-də başlayıb və noyabrın 12-dək davam edəcək. Dördpendirli pizza
Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təklifləri üzrə sənədlər ekspertizadan keçiriləcək, layihələr təhlil olunacaq. Daha sonra müsabiqənin qalibləri müəyyənləşdiriləcək və onların adları ictimaiyyətə açıqlanacaq.
Müsabiqənin mövzuları, iştirak üçün əsas tələblər və təqdim edilməli sənədlərlə Elm və Təhsil Nazirliyinin elanında göstərilən keçidlər vasitəsilə tanış olmaq mümkündür.
Kiçik qrant müsabiqəsi layihə
Büdcənin maliyyə əsaslandırılması
Aytac Əliyeva
Telegram kanalımız