Zelenski Rusiyanın təhdidlərinə cavab verdi:   “Sizdən qorxmuruq“

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Rusiyanın təhdidlərinə cavab verdi: “Sizdən qorxmuruq“

Dünya

15 Aprel 2022 12:21 287


Ukrayna prezidenti Volodimir Zelenski, bu yaxınlarda Kiyevin mümkün atəşə tutulmasını “elan edən” Rusiya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib.

Yenisabah.az xəbər verir ki, BBC -yə müsahibəsində Ukrayna lideri etiraf edib ki, bütün təhdidlər, insan ölümü ilə bağlı olduğu üçün ciddi qəbul edilir.

"Biz Rusiya Federasiyasından gələn təhdidlərin heç birindən qorxmuruq. Biz Rusiya Federasiyasının bütün təhdidedici addımlarına cavab verməliyik", - prezident deyib. Sezar pizza

"2014-cü ildən bəri dəfələrlə ərazilərimizi işğal ediblər. Krımı işğal ediblər və hər yerdə deyirlər ki, bura onların ərazisidir. Həm də deyirlər ki, Krıma qarşı nə isə olsa, raket zərbələri ilə cavab verəcəyik. Çoxlu sualım var. Fevralın 24-də Rusiya qoşunları Belarusdan raket zərbələri endirdi, bu nə idi? Onlar nəyi müdafiə edirdilər? Mən tam başa düşə bilmirəm. Məncə, onların ifadələrində çox vaxt uyğunsuzluq yaranır” - deyə o, əlavə etdi.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi, Kiyevdə hökumət binalarını atəşə tutmaqla hədələyib.

Cavad Salmanli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!