Zelenski yeni əməliyyatdan söz açdı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski yeni əməliyyatdan söz açdı

Dünya

29 Aprel 2023 11:11 658


“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı Krımı ələ keçirməyə cəhd ediləcək”.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna əks-hücum keçirməyə hazırlaşır. Əməliyyatı çərçivəsində Rusiya öz qüvvələrini geri çəkə, Krım yarımadasını Ukraynanın nəzarətinə qaytara bilər. Dominos pizza

Ukrayna rəhbəri əlavə edib ki, əməliyyatın uğuru Qərbdən gözlənilən tədarükdən asılıdır. Ölkədəki silahların sayından asılı olmayaraq, münaqişə onilliklərlə davam edə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Krımın təhlükəsizliyinin tam təmin olunduğunu bəyan etmişdi.

Eyni zamanda, Pentaqon Ukraynanın yarımadanı ələ keçirməsi planlarına şübhə ilə yanaşdığını bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!