Ukrayna Prezidenti Volodimir Zelenski 6 may saat 00:00-dan etibarən "sükut rejimi"nin tətbiq olunacağını bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, dövlət başçısı bu barədə öz "Telegram" kanalında paylaşım edib.
"Mayın 5-dən 6-na keçən gecə, saat 00:00-dan etibarən sükut rejimi elan edirik. Hesab edirəm ki, bu vaxtadək sükutun təmin olunması realdır. Müəyyən olunmuş vaxtdan etibarən biz "güzgü prinsipi" ilə hərəkət edəcəyik", - deyə Zelenski qeyd edib./Oxu.az
Telegram kanalımız