Zelenskidən Lukaşenkoya   ultimatum: Bir həftəyə...

saytların hazırlanması

Evə çatdırılma

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə...

Siyasət

21 İyun 2026 19:27 1068


Əgər Aleksandr Lukaşenko Belarus ərazisində Rusiyanın Ukraynaya dron hücumlarını istiqamətləndirən retranslyatorların fəaliyyətini dayandırmasa, bunu bir həftə ərzində ukraynalılar edəcəklər.

"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Lukaşenko Belarusun rəhbəridir, bu ölkə bizim qonşumuzdur. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş insanlarıq. Sadəcə sözlərə görə heç kim incimir. Amma bu, mənim ölkəmin təhqiridirsə, buna görə inciməyə əsasımız var və bunu unutmayacağıq”, – deyə Zelenski qeyd edib. pizza

Zelenski əlavə edib ki, Rusiya bundan sonra da Lukaşenkonu müharibəyə daha fəal qoşulmağa sövq edəcək, lakin Ukrayna buna cavab verməyə davam edəcək./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!