Zəncanda müharibə və etirazlara görə 1000 nəfərə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Zəncanda müharibə və etirazlara görə 1000 nəfərə cinayət işi açıldı

Dünya

22 İyun 2026 22:01 221


İranın Zəncan əyalətində yanvar etirazları və 40 günlük müharibə ilə bağlı 1000 nəfər barəsində cinayət işi açılıb.

"Yeni Sabah" "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyəti məlumat yayıb.

Onların media və hökumətə qarşı təbliğatla aksiyaların keçirilməsində rol oynadıqları və təşkilatçılıq etdikləri bildirilib. pizza mizza

Bununla yanaşı, Sistan və Bəluçistan əyalətində 111 və Mazandaran əyalətində isə 700 nəfərə qarşı da ittihamlar irəli sürülüb.

Müttəhimlərdən bəzilərinin xarici ölkələrdə yaşadığı qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!