Ziya Məmmədovun nəvəsinin “oyuncağı” neçəyə başa gəlib?

saytların hazırlanması

Evə çatdırılma

Ziya Məmmədovun nəvəsinin “oyuncağı” neçəyə başa gəlib?

Sosial

20 Aprel 2022 12:34 6014


Azərbaycanın keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun nəvəsinə xüsusi avtomobilin hazırlanması haqda ötən gecə məlumat vermişdik.

Xatırladaq ki, avtomobili məşhur türk iş adamı Erbakan Malkoçun rəhbərlik etdiyi Dizayn VİP Fabrika şirkəti hazırlayıb. İndi hər kəsə maraqlıdır, bu lüks avtomobil keçmiş nazirin oğlu Anar Məmmədova neçəyə başa gəlib?

Yayılan videogörüntülərdə avtomobilin markası görünmür. Amma ehtimal etmək olar ki, bu “Mercedess Viano” avtomobilidir. Ümumiyyətlə, burada avtomobilin markası rol oynamır. Çünki Erbakan Malkoçun şirkəti istənilən qiymətə olan avtomobili lüks səviyyədə yığmaqla maşının qiymətini 10-20 dəfə baha qiymətə satır. Onun müştəriləri dünyanın ən zəngin adamlarıdır. Dominos pizza

İnternet üzərindən araşdırma apardıqda məlum olur ki, Malkoçun bu xidməti 70 min avrodan başlayır. Sifarişdən asılı olaraq bəzən qiymət hətta 2 milyon avroya kimi də qaldırılır. Anar Məmmədovun oğlu Ziyaya hədiyyə etdiyi bu “oyuncağ”a nə qədər ödəniş etdiyi haqda əlimizdə heç bir rəqəm yoxdur. Eyni zamanda A. Məmmədovun minimalist olmadığı da oxuculara bəllidir.

Bir daha qeyd edərək avtomobil Ziya üçün xüsusi olaraq hazırlanıb. Bunu həmin avtomobilin oturacaqlarının üzərinə yazılmış “Ziya” adından da görmək olar. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə “Yeni Sabah”a bildirib ki, avtomobillərin bu formada hazırlanmasının standart konfuqurasiyada qiyməti Türkiyədə 60-62 min avrodur. Erbakan Malkoç isə daha populyar olduğundan onun qiymətləri fərqlidir:

“Həmçinin, xüsusi sifarişlə, xüsusi zövqlə yığıldıqda qiymət 200 min avroya qədər qalxır. Bu da Ziya Məmmədov üçün boş şeydir”.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!