Zurabişviliyə qarşı impiçment proseduru başlayır

saytların hazırlanması

Evə çatdırılma

Zurabişviliyə qarşı impiçment proseduru başlayır

Dünya

01 Sentyabr 2023 11:50 412


Hakim “Gürcü arzusu” partiyası Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayır.

Yenisabah.az xəbər verir ki, bunu “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze  bildirib.

O deyib: "Partiyanın siyasi şurasının iclasında biz Avropaya səfərləri hökumətlə əlaqələndirməməklə ölkə Konstitusiyasını pozan prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq qərarına gəldik". Toyuqlu pizza

Kobaxidze qeyd edib ki, parlamentdə siyasi qüvvələrin sıralanmasına əsasən, impiçment prosedurunu həyata keçirmək mümkün deyil, çünki 150 səsdən 100-ə ehtiyac var və hakim partiya belə bir rəqəm əldə edə bilməz.

"Bu vəziyyətə baxmayaraq, biz impiçment proseduruna başlayırıq, çünki  prezidentin Konstitusiyanı pozmasına icazə verə bilmərik. Konstitusiya Məhkəməsinə şikayət verəcəyik, o da prezidentin yol verdiyi pozuntunu təsdiq edəcək. Bundan sonra məsələni parlamentdə qaldıracağıq. Müxalifətin impiçmenti dəstəkləməkdən imtina etməsi bir daha göstərəcək ki, prezident və müxalifət eyni istiqamətdə hərəkət edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!