10 ildən sonra bu müəllimlərə ehtiyac azalacaq - Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

10 ildən sonra bu müəllimlərə ehtiyac azalacaq - Proqnoz

Sosial

01 Avqust 2026 08:26 852


Azərbaycanda təhsil sistemində gözlənilən dəyişikliklər gələcəkdə müəllim kontingentinə də təsir göstərə bilər. Təhsil sahələri üzrə tədqiqatçı, AzEdu.az təhsil portalının direktoru Elmin Nuri hesab edir ki, bu məsələ gələcək üçün ciddi siqnaldır.

“Yeni Sabah” xəbər verir ki, o, Modern.az-a açıqlamasında bildirib ki, təhsildə məzmun və funksiyalar dəyişdikcə müəllimlərin sayına və ixtisas bölgüsünə də təsir qaçılmaz olacaq.

"Yeni təmayüllü məktəb modeli kimi layihələr artıq göstərir ki, gələcəkdə müəllim seçimində əsas meyar kəmiyyət deyil, keyfiyyət olacaq. Daha seçkin müəllimlərə üstünlük veriləcək və pedaqoqlar buna indidən hazır olmalıdır." pizza mizza

Ekspert qeyd edib ki, Azərbaycan dili, riyaziyyat və xarici dil müəllimlərinin sayında yaxın 10 ildə ciddi azalma gözlənilmir. Onun sözlərinə görə, bu fənlər həm kurikulumun əsas istiqamətlərini təşkil edir, həm də buraxılış imtahanlarında mühüm yer tutduğu üçün aktuallığını qoruyacaq.

Bununla yanaşı, Elmin Nuri fizika, kimya, biologiya və coğrafiya müəllimlərinin sayında müəyyən azalmaların mümkün olduğunu deyib.

"İngiltərə, ABŞ və digər ölkələrdə bu fənlərin inteqrasiyası prosesi gedir. Kembric modelində fizika, kimya, biologiya və coğrafiya artıq vahid proqram çərçivəsində tədris olunur. Gələcəkdə bu tendensiyanın Azərbaycanda da tətbiqi mümkündür".

Ekspert informatika müəllimləri ilə bağlı da maraqlı proqnoz səsləndirib. Onun fikrincə, gələcəkdə informatika müəllimlərinin bir hissəsini süni intellekt, proqramlaşdırma, STEAM və robototexnika üzrə ixtisaslaşmış müəllimlər əvəz edə bilər.

Elmin Nuri vurğulayıb ki, müəllimlər dəyişən təhsil mühitinə uyğunlaşmalı, yeni bacarıqlar qazanmalı və davamlı özünüinkişaf üzərində işləməlidirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!