Mari El Respublikasında (Rusiya) ağır yol qəzasında yeddi nəfər ölüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə regional Dövlət Yol Müfəttişliyi xəbər verib.
"Qəza təxminən saat 20:40-da respublikanın Zveniqovski rayonunda baş verib. R-176 "Vyatka" avtomobil yolunun 45-ci kilometrliyində iki minik avtomobili toqquşub. Yeddi nəfər ölüb, xəsarət alanlar var", - məlumatda bildirilir. ShopByBro
Bütün fövqəladə xidmətləri hadisə yerindədir, yol qəzasının səbəbləri araşdırılır./Report
Telegram kanalımız