Yay aylarında ən çox sevilən və yeyilən meyvələrdən biri olan qarpız, düzgün seçildikdə süfrənin ən ləzzətli təamına çevrilir. Lakin xarici görünüşü gözəl olan hər qarpızın içi eyni dərəcədə şirin və qırmızı olmaya bilər.
“Yeni Sabah”ın araşdırmalarına əsasən, bir neçə sadə əlamətə diqqət yetirməklə ən yaxşı qarpızı seçmək mümkündür:
“Qarpız seçərkən ən vacib məqamlardan biri onun "yetişmə əlamətləri"dir. Qabığının rəngi, çəkisi (ağırlıq hissi), alt hissəsindəki ləkə və səs testi kimi üsullar doğru qarpızı tapmaqda həlledici rol oynayır. Bu 5 mühüm xüsusiyyətə diqqət yetirməklə ən şirin qarpızı satın ala bilərsiniz”. Dominos pizza
“Qarpızın torpağa toxunan hissəsindəki sarı sahə nə qədər tünddürsə, deməli, qarpız günəş altında bir o qədər uzun müddət qalıb və yetişib. Ağ rəngə yaxın ləkələr isə qarpızın vaxtından əvvəl dərildiyini (yığıldığını) göstərir. Eyni ölçüdəki qarpızlardan daha ağır olanları, adətən, daha sulu və yetişmiş olur. Yüngül qarpızların içi isə çox vaxt boş və ya dadsız çıxa bilər. Qarpıza vurduqda tox və dolu bir səsin gəlməsi onun daxilinin sulu və yetişmiş olduğunu göstərir. Boş və bəm (incə) səs isə qarpızın kal və ya quru olma ehtimalını artırır. Aydın (aydın seçilən) və nizamlı zolaqlara malik qarpızlar, adətən, daha balanslı şəkildə böyümüş olur. mat və təbii qabıq quruluşu da qarpızın yetişdiyinin göstəricisidir. Saplağı qurumuş qarpızlar, adətən, tam yetişmiş olur. Yaşıl saplaq isə qarpızın vaxtından əvvəl dərildiyini göstərə bilər”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız