13 yaşlı qızın ərə verilməsinə polisdən   REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

13 yaşlı qızın ərə verilməsinə polisdən REAKSİYA

Sosial

27 Dekabr 2022 19:09 803


Tovuz rayonunda azyaşlı qızın ərə verilməsiylə bağlı araşdırma başladılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Tovuz rayon Polis Şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki tərəfin valideynləri rayon polis şöbəsinə dəvət olunub: Toyuqlu pizza

“Onlara bildirilib ki, qanunla müəyyən edilmiş yaş həddinə çatmayan şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşı qanunla müəyyən olunmuş həddə çatandan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!