Dekabrın 17-də Ucarda baş tutan yetkinlik yaşına çatmayan qızın toyun görüntüləri sosial şəbəkələrdə yayılıb.
Yenisabah.az Oxu-ya istinadla xəbər verir ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır: pizza hut
"Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Telegram kanalımız