2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib.
"Yeni Sabah" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.
O bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub. Dördpendirli pizza
R.İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.
O qeyd edib ki, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir.
Telegram kanalımız