Milli Hidrometeorologiya Xidməti iyunun 14-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Lakin axşam havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti olacaq. pizza sifarişi
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq.
Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında, əsasən, səhər saatlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
Telegram kanalımız