Ərdoğan Azərbaycana niyə gəlir?

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycana niyə gəlir?

Siyasət

25 Fevral 2020 11:06 1416


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək. Yenisabah.az xəbər verir ki, Ərdoğanın səfəri bir gün çəkəcək. Türkiyə Prezidenti səfər proqramı çərçivəsində ikitərəfli görüşlər keçirəcək. Əroğan həmçinin Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək. Türkiyə və Azərbaycan prezidentlərinin həmsədrliyi ilə keçiriləcək iclas çərçivəsində ölkələr arasında ticarət, müdafiə, idman və digər sahələri əhatə edən doqquz anlaşmanın imzalanması nəzərdə tutulur. Bunlar arasında 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrük rüsumunun ləğvi və endirilməsini nəzərdə tutan preferensial ticarət haqqında müqavilə ön plana çıxır. Görüşdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi imkanlarının nəzərdən keçirilməsi ilə yanaşı, regional və beynəlxalq məsələlər də müzakirə ediləcək.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!