AQTA sədri “Azərsüd”ə getdi: İstehsal sahələrində nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

AQTA sədri “Azərsüd”ə getdi: İstehsal sahələrində nə baş verir?

Sosial

14 Avqust 2026 18:26 57

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 14-də Kürdəmir rayonunda yerləşən “Azərsüd” MMC-nin fəaliyyəti ilə tanış olub.

"Yeni Sabah" xəbər verir ki, AQTA sədri müəssisədə südün qəbulu və emalı proseslərini izləyib, laboratoriyaya, həmçinin “Azərsüd” əmtəə nişanlı süd və kərə yağı istehsalı sahələrinə baxış keçirib.

Müəssisə rəhbərliyi tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili, tətbiq olunan texnologiyalar və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Pepperoni pizza

Q.Təhməzli süd və süd məhsullarının istehsalı prosesində qida təhlükəsizliyi tələblərinə riayət olunmasının və istehlakçıların sağlamlığının qorunmasının vacibliyini vurğulayıb.

  • AQTA sədri süd və süd məhsullarının emalı zavodunda oldu - FOTOLAR

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!