Bu gün “Space TV”nin efirində baş verənlər hər kəsi şoka salıb.
“Yeni Sabah” xəbər verir ki, proqrama müraciət edən Zeynalova Firuzə övladı ilə bağlı ciddi iddialar səsləndirib.
Firuzə xanım ötən gün proqrama müraciət edərək uşağı ilə bağlı bir sıra sənədlərin əldə olunması üçün kömək istəyib. O, övladının şəhid İmrana məxsus olduğunu iddia edib. Xanım bununla bağlı ekspertlərə toy və nişan görüntüləri də təqdim edib. Marqarita pizza
Onun sözlərinə görə, şəhidin tanınmaz vəziyyətdə olan cəsədinin kimliyinin müəyyənləşdirilməsində məhz uşağın DNT analizinin mühüm rol oynadığını bildirib. Firuzə xanım indi isə həmin sənədlərin aidiyyəti qurumlardan rəsmi şəkildə əldə olunmasını və iddialarının sübutlarla araşdırılmasını istəyir.
“Gəl, Danış” proqramının aparıcısı Amil Xəlil məsələ ilə bağlı xanıma vəkil də ayırıb. Firuzə xanımın bu gün - 13 avqust tarixində rəsmi müraciət etmək üçün birbaşa efirə gəlməsi gözlənilirmiş. Firuzə xanımın sözlərinə görə, o, Pirallahı rayonunda olarkən “Mercedes” markalı avtomobil yolunu kəsib. Daha sonra avtomobildən düşən şəxslər uşağı zorla onun əlindən alaraq aparıblar. Xanım iddia edir ki, həmin şəxslər ona: “Efirə çıxma, bir saata uşaq səndədir” deyərək hadisə yerindən uzaqlaşıblar. Hadisədən dərhal sonra polisə və 102 Xidməti Zəng Mərkəzinə müraciət etdiyini bildirən Firuzə xanım canlı yayımda Daxili İşlər Nazirliyinə də müraciət edib. O, uşağın nənəsinin tanışlarının hadisədə əli olduğunu iddia edib:
“Oğlanı tanıyıram, neçə dəfə bizə gəlib. Balamı ağlada-ağlada avtomobilə mindirdi. Kənarda qışqırdım, heç kim eşitmədi.”
Hadisənin ən diqqətçəkən məqamlarından biri isə uşağın efirə gəlməsinə saatlar qalmış aparılması iddiasıdır. Canlı yayım zamanı jurnalist Amil Xəlil məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin artıq hərəkətə keçdiyini açıqlayıb.
Telegram kanalımız