Samux rayonunun Alıuşağı kəndində xüsusi nəzarət postu quraşdırılıb.
"Yeni Sabah" Teleqraf-a istinadla xəbər verir ki, kənddə avtomobillərin hərəkəti tam şəkildə açıqdır. Postda əsasən ərazidən ət və süd məhsullarının çıxarılmasına və daşınmasına nəzarət olunur.
AQTA və yerli Baytarlıq İdarəsinin mütəxəssislərinin cəlb olunduğu postda yolla hərəkət edən avtomobillər dezinfeksiya edilir. Bundan əlavə, kənddəki iri təsərrüfatlarda dezinfeksiya baryerləri (dizbaryerlər) yaradılıb. pizza
Xatırlatma: avqustun 13-də Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə qarayara infeksiyası əlamətləri ilə 11 nəfər yerləşdirilib. Bu şəxslərin böyük əksəriyyəti Samux rayonunun Alıuşağı kənd sakinləridir.
Telegram kanalımız