Əmlakını kirayə verənlərə VACİB XƏBƏRDARLIQ - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Əmlakını kirayə verənlərə VACİB XƏBƏRDARLIQ - RƏSMİ

Sosial

13 Avqust 2026 09:51 468


Əmlakını fərdi sahibkar olan qohumuna müvəqqəti yaşayış üçün icarəyə verən şəxsin müqavilə bağlamaması bir sıra hüquqi və vergi riskləri yarada bilər.

“Yeni Sabah”a xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

“İcarə haqqında” Qanunun 7-ci maddəsinə əsasən, icarəyə verənlə icarəçi arasındakı münasibətləri tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Tərəflər müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi qaydada icra etmədikdə qanunvericiliyə və müqaviləyə uyğun məsuliyyət daşıyırlar. Sezar pizza

Vergi məsələsinə gəlincə, yaşayış sahəsinin fiziki şəxs tərəfindən digər fiziki şəxsə kirayəyə verilməsindən əldə olunan gəlirdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunan ödənişi həyata keçirən sahibkar və ya qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxs vergini ödəmə mənbəyində tutmağa borcludur.

Beləliklə, sorğuda göstərilən halda icarə gəlirindən verginin tutulması və büdcəyə köçürülməsi öhdəliyi gəliri ödəyən, yəni icarəçinin üzərinə düşür.

Vergi tutulmadığı halda isə məsuliyyət yarana bilər. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, pozuntuya yol verən vergi ödəyicisi azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Bundan əlavə, vaxtında ödənilməyən vergi üzrə hər gecikmiş gün üçün 0,1 faiz məbləğində faiz hesablanır.

Dövlət Vergi Xidməti həmçinin vurğulayıb ki, icarə müqaviləsi tərəflərin hüquq və öhdəliklərini rəsmiləşdirən əsas sənəddir. Müqavilənin olmaması əmlak sahibinin hüquqlarının müdafiəsini çətinləşdirə bilər.

Məsələn, icarəçi əmlakı yararsız vəziyyətə salarsa, icarə haqqını ödəməzsə və ya tələbə baxmayaraq əmlakı boşaltmazsa, icarəyə verənin öz hüquqlarını müdafiə etməsi üçün müqavilənin mövcudluğu mühüm əhəmiyyət daşıyır.

Bu səbəbdən əmlakın müvəqqəti istifadəyə verilməsi zamanı münasibətlərin yazılı icarə müqaviləsi ilə rəsmiləşdirilməsi həm tərəflərin hüquqlarının qorunması, həm də vergi öhdəliklərinin düzgün yerinə yetirilməsi baxımından vacibdir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!