“Bakalavriat səviyyəsi üzrə tələbələrin köçürülməsi ilə bağlı boşluqlar “Təhsil haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində nəzərə alınacaq. Etiraf edim ki, magistratura və doktorantura səviyyəsi üzrə köçürülmə məsələsindəki problemlərlə bağlı bizə çox sayda müraciət olur”.
Yenisabah.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm və ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev deyib.
Onun sözlərinə görə, magistratura səviyyəsi üzrə köçürülmə olmayıb: “Magistratura üzrə mövzular ilk 3 ayda təsdiq olunur. Ali təhsil müəssisələrinə muxtariyyət verilsə də, fənlərlə bağlı elə dəyişiklik edilir ki, 3-cü semestrdə keçirilən fənn 1-ci semestrdə keçirilir”. Dördpendirli pizza
Y. Piriyev vurğulayıb ki, 3 min tələbənin köçrülmə müraciətindən 500-ü geri qayıdıb: “Elə tələbə var ki, 4 dəfə köçürülüb. Bəzən tələbə valideynin israrı ilə ixtisas seçir, lakin 1 il və ya 6 ay oxuyandan sonra qərar qəbul edir ki, ixtisasımı dəyişməliyəm. Magistratura səviyyəsi üzrə daxili qaydaları təsdiqlənməlidir”.
Telegram kanalımız