44 yaşlı Serena Uilyams tennis karyerasını bərpa edir

saytların hazırlanması

Evə çatdırılma

44 yaşlı Serena Uilyams tennis karyerasını bərpa edir

İdman

01 İyun 2026 21:09 53


Tennis üzrə Böyük Dəbilqə turnirlərinin 23 qat qalibi, dünyanın keçmiş bir nömrəli raketka ustası, 44 yaşlı amerikalı Serena Uilyams rəsmən tennisə qayıdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Championat.com məlumat yayıb.

Londonun "WTA-500" kateqoriyalı ot örtüklü turnirin təşkilatçıları əfsanəvi amerikalının 2026-cı ildə cütlüklər arasında keçiriləcək yarışlarda çıxış edəcəyini elan ediblər. pizza sifarişi

Turnir iyunun 8-dən 14-dək baş tutacaq.

44 yaşlı Uilyams karyerasını 2022-ci ABŞ açıq çempionatından (US Open) sonra bitirmişdi.

Həmin vaxt Serena üçüncü mərhələdə avstraliyalı Ayla Tomlyanoviçə məğlub olmuşdu./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!