5 gün qaldı - Azərbaycan ekspertləri kimi favorit sayır?

saytların hazırlanması

Evə çatdırılma

5 gün qaldı - Azərbaycan ekspertləri kimi favorit sayır?

İdman

06 İyun 2026 10:28 238


Futbol üzrə Dünya çempionatının başlanmasına 5 gün qalıb.

İyunun 11-də başlayıb iyulun 19-dək davam edəcək mundialın matçları ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyində, 16 fərqli şəhərdə keçiriləcək. Əvvəlki çempionatlardan fərqli olaraq, bu dəfə 32 yox, 48 seçmə komandanın iştirakı nəzərdə tutulub.

Komandalar hər birində 4 yığma olmaqla 12 qrupda mübarizə aparacaqlar. atçların ümumi sayı əvvəlki 64-dən 104-ə qədər artırılıb.  pizza mizza

“Yeni Sabah” ölkənin tanınmış futbol nümayəndələrinin mundialla bağlı proqnozlarını öyrənib:

"Forvard.az" saytının rəhbəri və keçmiş futbolçu Ağa Dadaşzadə bildirib ki, turnirin əsas favoritləri Fransa, İspaniya və Argentinadır:

“Etiraf edək ki, bu mundialda 48 milli komanda iştirak edəcək və bizi maraqsız turnir gözləyir. Komanda sayını biraz da artırsaydılar, Azərbaycan seçməsi də iştirak edərdi. Əsas favoritlər Fransa, İspaniya və Argentinadır. Braziliya, İngiltərə, Almaniyadan çempionluq gözləmək isə biraz inandırıcı deyil.

Favoritlər sırasına Portuqaliyanı da əlavə edə bilərik. Belə bir analogiya var ki, hansı seçmə komandanın baş məşqçisi yerlidirsə, o kollektivin şansı daha çoxdur. Türkiyə millisinə gəlincə, qardaş ölkənin şansı var. Gəlin etiraf edək ki, hazırki heyətlə komanda 1/4-ə gedib çıxa bilər. Lakin türklərin tək neqativ tərəfi qeyri-sabit oyun tərzinə malik olmalarıdır.

Elə oyunlar olur ki, onlar rəqiblərinə aman vermir, bəzi oyunlarda isə çox yersiz xallar itirir. Həmişə ilk turun oyunları aldadıcı olur. Artıq 2-ci turun görüşlərindən sonra məlum olur ki, kim hansı gücə malikdir. Fikrimcə, bu dəfəki çempionatın sürpiz milli komandası Özbəkistandır”.

İdman jurnalisti Ceyhun Rzayev isə qeyd edib ki, Türkiyə millisi yarımfinala qədər gedib çıxa bilər:

“Bu dəfəki dünya çempionatında ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək və bu yenilikdir. Məncə, ənənəvi favoritlər elə həmişəki seçmələrdir. İspaniya, Fransa, İngiltərə və Portuqaliya mundialın başlıca favoritləridir. Açığı sürpizin olacağına inanmıram. Bəlkə də hansısa fərqli milli komanda ən yaxşı halda yarımfinala qədər irəliləyə bilər.

Çox istərdim ki, bu kollektiv elə Türkiyə olsun. Hazırda onların heyəti çox yaxşıdır. Sonuncu Avropa çempionatında da onlar özlərini yaxşı tərəfdən göstərmişdilər. Futbolçuların çoxu gəncdir. Mən Türkiyə millisindən ən azı yarımfinal gözləyirəm”.

Futbol şərhçisi Ramiz Mirzəzadənin favoriti isə Portuqaliya seçməsidir:

“Fikrimcə, əsas favorit Portuqaliya millisidir. Müasir dünya futbolunun ən yaxşı yarımmüdafiəçiləri Portuqaliya heyətindədir. Vitinya, Bruno Fernandeş və Joao Neveş həqiqətən möhtəşəm tandem təşkil edirlər. Təbii ki, Ronaldo amilini də danmaq olmaz. Portuqalların tək zəif tərəfi hücum xəttində bitirici hücumçularının olamamasıdır.

Digər favorit isə İspaniya milli komandasıdır. Fransa seçməsi də ən güclülər arasındadır. Bu mundialın sürpriz kollektivi isə yenə Mərakeş ola bilər. Onlar ötən çempionatda da çox uğurlu çıxışları ilə yadda qalmışdı. Digər sürprizlər isə Norveç və Türkiyə ola bilər”.

Xatırladaq ki, turnirin açılış oyunu 11 iyunda Meksikanın paytaxtındakı əfsanəvi "Asteka" (Estadio Azteca) stadionunda, böyük final oyunu isə 19 iyulda ABŞ-ın Nyu Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!