5 yaşlı uşağın ölümü - TƏBİB açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

5 yaşlı uşağın ölümü - TƏBİB açıqlama verdi

Sosial

23 Yanvar 2023 17:46 796


TƏBİB Şəkidə 5 yaşlı uşağın ölüm səbəbini açıqlayıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, 2018-ci il təvəllüdlü Eyvazlı Zəhra Tariel qızı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Yerləşdiriləndə hərarəti yüksək (40.3 dərəcə) olub.

"Zəruri tibbi xidmətlər göstərilib. Saat 13:30 radələrində ambulator müalicə üçün evə buraxılıb. Evə buraxılanda hərarəti 37.8 dərəcə olub. Toyuqlu pizza

20.01.2023-cü il saat 15:15-də yenidən tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Gətirilərkən Z.Eyvazlı aqonal vəziyyətdə olub, tənəffüs çatışmazlığı müşahidə edilib. Temperaturu 35 dərəcə olan pasiyentdə nəbz və təzyiq izlənməyib. Həkimlərin səyinə baxmayaraq, 15:50 radələrində dünyasını dəyişib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır", - deyə açıqlamada qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!