Gədəbəydə qətl hadisəsi baş verib.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 53 yaşlı İ.Hüseynov bıçaqlanaraq qətlə yetirilib. pizza
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Gədəbəy rayonunun Arıqdam kənd sakini 53 yaşlı İ.Hüseynovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi 51 yaşlı Qalib Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız