ABŞ ordusunda 65 ildən sonra ilk dəfə ölüm hökmünün icra ediləcəyi tarix açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, 2009-cu ildə Texas ştatındakı Fort Hud hərbi bazasında 13 nəfəri öldürən ABŞ ordusunun keçmiş mayoru Nidal Malik Həsənin edamına hazırlıq başlayıb. ABŞ Quru Qoşunları nazirinin müvəqqəti müavini Adam R. Tellinin açıqlamasına görə, Həsən dekabrın 3-də güllələnərək edam ediləcək. İnfazın 2009-cu ildə hücumun baş verdiyi Fort Hud hərbi bazasında həyata keçirilməsi planlaşdırılır.
Pentaqonun sözçüsü Şon Parnell ABŞ Prezidenti Donald Trampın Həsən barəsində çıxarılmış ölüm hökmünün icrasını təsdiqlədiyini açıqlayıb. Trampın təsdiqindən sonra edamın həyata keçirilməsi üçün rəsmi proses başladılıb. ABŞ ordusunda sonuncu dəfə ölüm hökmü 1961-ci ildə icra edilib. pizza hut
Həsənin edamı planlaşdırıldığı kimi həyata keçirilərsə, ABŞ ordusunda 65 ildən sonra ilk dəfə məhbus barəsində ölüm hökmü icra olunacaq. ABŞ ordusunda psixiatr kimi xidmət edən Həsən 5 noyabr 2009-cu ildə Fort Hud hərbi bazasındakı tibb mərkəzində atəş açıb.
Hücum nəticəsində 13 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Həsən məhkəmə zamanı hücumu özü törətdiyini etiraf edib. O, bunu Əfqanıstana göndəriləcək ABŞ əsgərlərinin müsəlmanları öldürməsinin qarşısını almaq məqsədilə etdiyini bildirib. Həsən 2013-cü ildə hərbi məhkəmənin qərarı ilə 13 nəfəri qəsdən öldürmək və 32 nəfəri qəsdən öldürməyə cəhd etməkdə təqsirli bilinib və ölüm hökmünə məhkum edilib.
ABŞ mediasında yayılan məlumatlara görə, Həsənin edam tarixi dekabrın 3-ü müəyyənləşdirilsə də, proses hələ tam yekunlaşmayıb.
Həsənin federal məhkəməyə müraciət edərək edamın dayandırılmasını tələb etmək hüququ var. Belə bir hüquqi proses ölüm hökmünün uzun müddət təxirə salınmasına səbəb ola bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız