Türkiyə NATO-da daha bir mövqe qazandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə NATO-da daha bir mövqe qazandı

Dünya

21 Noyabr 2026 18:08 46


NATO daxilində ikinci ən böyük hərbi qüvvəni təşkil edən Türkiyə Silahlı Qüvvələri, alyansın yüksək səviyyəli komandanlıq strukturunda daha nüfuzlu bir mövqe qazanıb. Türkiyə, malik olduğu hərbi imkanlar sayəsində Alyans daxilindəki rolunu gücləndirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Milli Müdafiə Nazirliyinin TBMM-yə büdcə təqdimatı üçün hazırladığı sənəddə Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və hava qüvvələri vasitəsilə NATO-nun hərbi fəaliyyətlərinə töhfə verdiyi qeyd olunub. İnternet mağaza

2024-cü ildən etibarən NATO-nun Qara Dəniz İşçi Qrupu Komandanlığına rəhbərlik edən Türkiyə, 2028-ci ilin ikinci yarısında Aralıq dənizi və Egey dənizində fəaliyyət göstərən NATO Daimi Dəniz Tapşırıq Qruplarından birinin komandanlığını öz üzərinə götürməyi planlaşdırır.

Sənəddə diqqət çəkən digər bir məqam isə NATO-nun komandanlıq strukturunda türk hərbi heyətinin iştirakının artmasıdır. Bu kontekstdə, general və admirallar üçün nəzərdə tutulan vəzifələrin sayının 9,5-dən 14-ə yüksəldiyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!