Bu tarixlərdə ehtiyatlı olun: Güclü yağış və sel gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixlərdə ehtiyatlı olun: Güclü yağış və sel gözlənilir

Sosial

20 Noyabr 2026 16:45 325


Azərbaycanda bir neçə gün davam edəcək yağıntılı hava şəraiti gözlənilir. Bəzi ərazilərdə yağışın intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı, çaylarda isə sululuğun artacağı ehtimal olunur.

“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi gözlənilir.

Bundan başqa, noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın şimal və qərb rayonlarında da hava şəraiti dəyişəcək. Noyabrın 23-ü səhərədək bəzi ərazilərdə fasilələrlə yağıntılı hava müşahidə olunacaq. Sərfəli qiymətə məhsullar

Ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi də istisna edilmir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!