SON DƏQİQƏ! Tanınmış həkim həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Tanınmış həkim həbs olundu

Hadisə

20 Noyabr 2026 23:30 121


Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub.

"Yeni Sabah" Xitab24.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib. İnternet mağaza

İttiham aktına əsasən, həkim ona müraciət edən pasiyentlərə yalan vədlər verərək ümumilikdə 26 795 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Zeynal adı ilə də tanınan stomatoloq bu əməlləri "Loft Dent", "L.A Dent" və "Mediland Hospital"da törədib.

Pasiyentlərdən pul almasına baxmayaraq, verdiyi vədlərə əməl etməyən həkim cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!