Banda dənizində, Timor-Leste sahilləri yaxınlığında 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə "Reuters" Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzinə (GFZ) istinadən məlumat yayıb.
Zəlzələnin episentri Timor-Lestenin paytaxtı Dili şəhərindən 226 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 117 kilometr dərinlikdə olub. Onlayn mağaza
Hadisənin törətdiyi dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Telegram kanalımız