Bakıda mənzilə oğurluğa girən kişi sürprizlə qarşılaşdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda mənzilə oğurluğa girən kişi sürprizlə qarşılaşdı

Kriminal

21 Noyabr 2026 13:52 57


Bakıda yaşlı qadının evinə oğurluğa girən şəxs sürprizlə qarşılaşıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, qadının pul kisəsini oğurlayan 1992-ci il təvəllüdlü Həşim Fərəcov (ad-soyad şərtidir) onun içərisinə baxış keçirən zaman 700 manat pulla yanaşı, üzərində “etibarsızdır” yazılan saxta əsginaslarla da qarşılaşıb.

Cabbar Qaryağdıoğlu küçəsində yaşayan ev sahibəsi yuxudan oyanaraq oğru ilə qarşılaşıb: Kimsən sən, evimdə nə işin var?” H.Fərəcov isə cavab olaraq “xala, bağışla, səhv gəlmişəm” deyib və mənzildən çıxıb. Online alış-veriş

Qadın pullarının oğurlandığını səhər saatlarında fərqinə varıb və dərhal polisə məlumat verib. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qadına məxsus pul kisəsində 7 ədəd həqiqi 100 manatlıq pul əsginası, 6 ədəd üzərində “etibarsızdır” sözü yazılmış 100 manatlıq, 1 ədəd saxta 200 manatlıq və 6 ədəd etibarsız 100 ABŞ dolları aşkarlayıb.

Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlqıdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!