Mənzildən yüksəkrütbəli zabitin meyitinin tapılmasının təfərrüatı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mənzildən yüksəkrütbəli zabitin meyitinin tapılmasının təfərrüatı - VİDEO

Hadisə

21 Noyabr 2026 13:54 50


Mingəçevirdə mənzildən meyiti tapılan yüksəkrütbəli zabitlə bağlı yeni təfərrüat məlum olub.

“Yeni Sabah” Baku TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Onlar mənzilin qapısını sındıraraq içəri daxil olublar. Online alış-veriş

Sakinlərdən biri hadisə ilə bağlı bunları deyib:

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər, qapını sındırdılar. Sonra gördük ki, artıq vəfat edib. Kirayədə qalırdı".

Digər sakin isə hadisə zamanı yaşananları belə təsvir edib:

"Gördük ki, tappıltı səsləri gəlir. Balkona çıxdım, təcili tibbi yardım avtomobilinin dayandığını gördüm. Qapını açanda tibb bacısının da orada olduğunu gördüm. Soruşdum ki, nə baş verib? Dedilər ki, bizə zəng ediblər, hərbçi ilə bağlı məlumat daxil olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!