Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu edən şəxs saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Su Nəqliyyatında Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, İdarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları Milli Parkın əməkdaşları ilə birgə əməliyyat keçirib. Nəticədə parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb. Sərfəli qiymətə məhsullar
Baxış zamanı ondan çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar, eləcə də qadağan olunmuş ov alətləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirləri davam etdirir.
Aytac Əliyeva
Telegram kanalımız