Aktauda qəzaya uğrayan AZAL təyyarəsinə dair yeni görüntlər yayıldı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aktauda qəzaya uğrayan AZAL təyyarəsinə dair yeni görüntlər yayıldı - VİDEO

Hadisə

20 Noyabr 2026 15:40 540


Sosial mediada AZAL təyyarəsinin qəzasına dair görüntülər yayılıb.

"Yeni Sabah" xəbər verir ki, kadrlarda Bakı-Qroznı marşrutu ilə uçan təyyarənin Aktau səmasında uçuşu və yerə çırpılması əks olunub.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Qusar" "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. İnternet mağaza

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də isə Çeçenistanda matəm elan edilib.

Dekabrın 28-də hadisə ilə bağlı Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!