66 yaşlı bibisini fermada öldürdü -   Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

66 yaşlı bibisini fermada öldürdü - Yenilənib

Kriminal

07 Avqust 2026 13:51 532


Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Avqustun 6-da rayonun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkarlanıb. pizza

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

***

Tovuz rayonunda qətl törədilib.

"Yeni Sabah" xəbər verir ki, Əlimərdan kəndinin ərazisində yerləşən fermada Ülvi İsayev 1960-cı il təvəllüdlü bibisi Məlahət İsayevanı odlu silahla öldürüb.

Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!