73 nəfər ölüb, yüzlərlə yaralı var – Dəhşət

saytların hazırlanması

Evə çatdırılma

73 nəfər ölüb, yüzlərlə yaralı var – Dəhşət

Hadisə

14 Avqust 2026 12:43 109


İşğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində insan tələfatı və xəsarətlərlə nəticələnən hadisələr davam edir.

“Yeni Sabah” xəbər verir ki, Baş Prokurorluğun məlumatına əsasən, Vətən müharibəsi başa çatdıqdan, yəni 10 noyabr 2020-ci ildən etibarən Ermənistan tərəfindən işğaldan azad edilmiş ərazilərin minalarla çirkləndirilməsi nəticəsində 436 nəfər zərər çəkib.

Onlardan 73 nəfər həlak olub, 363 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. pizza sifarişi

Qeyd olunub ki, prokurorluq orqanları mina hadisələri ilə bağlı hər bir fakt üzrə araşdırma aparır, partlayışların səbəb və şəraitini müəyyənləşdirir.

Baş Prokurorluq vətəndaşları və işğaldan azad edilmiş ərazilərə səfər edən şəxsləri yalnız müəyyən edilmiş təhlükəsiz marşrutlardan istifadə etməyə, xəbərdarlıq nişanlarına və aidiyyəti dövlət qurumlarının tövsiyələrinə ciddi əməl etməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!