İmtahan verənlərə ŞAD XƏBƏR:   DİM sədri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İmtahan verənlərə ŞAD XƏBƏR: DİM sədri açıqladı

Sosial

19 Noyabr 2026 10:03 79


Dövlət İmtahan Mərkəzinin (DİM) qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələri ilə bağlı xidmətlərinin “mygov” platforması üzərindən təqdim edilməsi imkanları müzakirə olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, DİM-də rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Elektronika məhsulları

Görüşdə DİM-in 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində həyata keçirilən işlər və qarşıdakı planlar müzakirə olunub.

Məleykə Abbaszadə qeyd edib ki, informasiya sistemlərinin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, elektron xidmətlərin “mygov” və “mygov Biznes” üzərindən təqdim edilməsi, eləcə də sistemlərin “Hökumət buludu”na köçürülməsi məsələlərinə baxılıb.

Bundan başqa, qəbul prosesində vətəndaşların ən çox istifadə etdiyi xidmətlərin rəqəmsallaşdırılması müzakirə edilib. Qeydiyyat, ixtisas seçimi və müsabiqə nəticələrinin “mygov” vasitəsilə əlçatan olması, ödənişlərin isə vahid platformada avtomatlaşdırılması imkanları nəzərdən keçirilib.

Dövlət qulluğu sahəsində şəxsi işlərin elektron qaydada aparılması, dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üçün rəqəmsal sistemin yaradılması da müzakirə olunan məsələlər sırasında olub.

Görüşdə süni intellekt texnologiyalarının imtahan məzmununun keyfiyyətinin yoxlanılması, yazılı cavabların qiymətləndirilməsi və vətəndaşların müraciətlərinin cavablandırılması prosesində tətbiqi imkanları da diqqət mərkəzində olub.

DİM sədri rəqəmsal texnologiyaların dövlət idarəçiliyində əhəmiyyətini vurğulayaraq, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsinin daha yaxşı nəticələr əldə etməyə imkan verəcəyini bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!