Mədəniyyət Nazirliyinin tabeliyindəki incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yerlərin seçimi mərhələsi başlayır.
“Yeni Sabah” xəbər verir ki, vakant yerlərin seçimi 19–23 noyabr 2026-cı il tarixlərində keçiriləcək.
Müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 199 namizəd vakant yerləri seçmək hüququ əldə edib. Online shopping Azərbaycan
Namizədlər ixtisaslarına və müvafiq keçid ballarına uyğun olaraq elan edilmiş vakant yerlərdən ən azı 1, ən çoxu isə 15 yer seçə bilərlər. Seçim zamanı namizədlər ən çox üstünlük verdikləri vakansiyanı birinci qeyd etməli, digər seçimləri isə üstünlük ardıcıllığına uyğun sıralamalıdırlar.
Qeyd edək ki, namizədlərin vakant vəzifələrə yerləşdirilməsi müsabiqənin yekun balı və seçim ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.
Aytac Əliyeva
Telegram kanalımız