79 hərbçinin cəsədi Ukraynaya təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

79 hərbçinin cəsədi Ukraynaya təhvil verildi

Dünya

30 May 2023 17:22 673


Mayın 30-da Ukrayna ilə Rusiya arasında növbəti dəfə hərbçilərin cəsədlərinin mübadiləsi prosesi baş tutub. Ukraynaya 79 hərbçinin cəsədi təhvil verilib. 

Yenisabah.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

“Bu gün 79 ukraynalı müdafiəçinin cəsədlərinin qaytarılmasına nail olundu”, - deyə məlumatda bildirilir. pizza hut

Məlumdur ki, həlak olan hərbçilərin meyitləri müvəqqəti işğal altında olan ərazilərdən mübadilə edilib. Cəsədlər lazımi səviyyədə dəfn olunmaq üçün doğmalarına təhvil veriləcək.

Qeyd edək ki, martın sonunda Ukraynaya həlak olan hərbçilərin 83 meyiti qaytarılıb. Dörd gün bundan əvvəl isə Ukrayna ərazisinə Rusiya əsirliyində olan 106 döyüşçünün salamat qaytarılmasına nail olunub. Onlar Baxmut istiqamətində əməliyyatlarda iştirak edirdilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!