ABŞ-da yeni partiya yaradıldı - “İrəli“

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da yeni partiya yaradıldı - “İrəli“

Dünya

28 İyul 2022 23:53 1084


Onlarla keçmiş respublikaçı və demokrat üçüncü milli siyasi partiya yaratdıqlarını elan ediblər.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, “İrəli” adlanan yeni partiyaya ilkin olaraq demokratlardan prezidentliyə keçmiş namizəd Endryu Yanq və Nyu-Cersi ştatının keçmiş respublikaçı qubernatoru Kristian Todd Uitman həmsədrlik edəcək.

Partiyanın təsisçiləri  bildiriblər ki, onlar "İrəli"nin ABŞ siyasətində dominantlıq edən Respublikaçılar və Demokratik partiyalara alternativ olacaqlarına ümid edirlər. Yeni partiyanın platformasının iki sütunu "ədalətli və firavan iqtisadiyyatı canlandırmaq" və "amerikalılara seçkilərdə daha çox seçim vermək, işləyən hökumətə daha çox inam vermək və gələcəyimiz haqqında daha çox şey söyləməkdir". Dördpendirli pizza

Partiyanın liderləri platformalarını genişləndirmək və dəstək toplamaq üçün bu payızda onlarla şəhərdə silsilə tədbirlər keçirəcəklər. Onlar sentyabrın 24-də Hyustonda rəsmi ziyafət verəcək.

"İrəli"ninilk milli qurultayı gələn ilin yayında ABŞ-ın böyük şəhərində keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!