ABŞ-də Raul Kastronun həbsinə qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də Raul Kastronun həbsinə qərar verildi

Dünya

19 Oktyabr 2026 18:55 97


ABŞ-nin Florida ştatının məhkəməsi Kubanın 95 yaşlı keçmiş rəhbəri Raul Kastro barəsində həbs qərarı çıxarıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Qeyd edək ki, cari ilin may ayında ABŞ rəsmiləri Kuba inqilabının mühüm şəxslərindən sayılan ordu generalı Raul Kastroya rəsmi ittihamlar elan edib. O, dörd epizod üzrə qətl, iki epizod üzrə təyyarəni məhv etməkdə və ABŞ vətəndaşlarının qətli məqsədilə cinayətkar sövdələşmədə günahlandırılır. Bu cinayət işi çərçivəsində əlavə olaraq beş şəxs də təqsirləndirilən qismində cəlb olunub. Toyuqlu pizza

Məlumata görə, bu ittihamlar 1996-cı ildə Mayamidə yerləşən "Qardaşlar köməyə gəlir" mühacir təşkilatına məxsus iki təyyarənin Kuba Hərbi Hava Qüvvələri tərəfindən vurulması hadisəsi ilə əlaqədar ola bilər. Bildirilir ki, Florida prokurorluğu tərəfindən həmin iş üzrə istintaq 2026-cı ildə yenidən başladılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!