Lavanda yağı ilə bağlı araşdırma bu təbii məhsulun depressiyanın müalicəsində mümkün təsirini gündəmə gətirib. Almaniya və Polşada 498 xəstənin iştirakı ilə aparılan tədqiqatda xüsusi lavanda yağı kapsulunun antidepresanla müqayisə edilə bilən nəticələr verdiyi müəyyən olunub.
“Yeni Sabah” xəbər verir ki, səkkiz həftəlik araşdırmada lavanda yağı qəbul edənlərin 53,5 faizində, sertralin adlı antidepresan istifadə edənlərin isə 54 faizində müsbət nəticə qeydə alınıb. Plasebo qrupunda bu göstərici 41,5 faiz olub.
Təhlilə əsasən, lavanda yağı depressiyanın kədər, yorğunluq və diqqəti cəmləməkdə çətinlik kimi əlamətlərinə müsbət təsir göstərə bilər. pizza hut
Bununla belə, araşdırmada xüsusi hazırlanmış kapsuldan istifadə edilib. Nəticələr adi lavanda yağı və ya lavanda ətrinin eyni təsirə malik olduğunu göstərmir. Mütəxəssislər həmçinin lavanda yağının həkim təyinatlı dərmanları özbaşına əvəz etməməli olduğunu vurğulayırlar.
Aytac Əliyeva
Telegram kanalımız