İsraildən Avstriyanın paytaxtı Viyanaya səfər edən sərnişin təyyarəsində təhlükəli anlar yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, havada olarkən daxil olan bomba xəbərdarlığı səbəbindən təyyarə marşrutunu dəyişərək Bolqarıstana təcili eniş etməli olub.
Əldə edilən məlumatlara görə, təhlükəsizlik xidmətləri dərhal hərəkətə keçərək təyyarənin təhlükəsiz şəraitdə eniş etməsini təmin ediblər. Təyyarə Bolqarıstan aeroportuna endikdən dərhal sonra sərnişinlər təxliyə edilib və mütəxəssislər tərəfindən hərtərəfli yoxlama işlərinə başlanılıb. Marqarita pizza
Hadisə ilə bağlı araşdırmalar və təhlükəsizlik tədbirləri davam etdirilir.
Nazim Hacıyev
Telegram kanalımız