Fransada kütləvi etirazlar, zorakılıq və mağazaların talan edilməsi hökumətə təzyiqləri artırıb. Daxili işlər naziri Laurent Nunez baş verənlərə görə məsuliyyəti üzərinə götürərək istefa verdiyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, tələbələrin də dəstəklədiyi “Sarı jiletlilər” hərəkatının ölkə üzrə keçirdiyi aksiyalar davam edir. Paris başda olmaqla bir çox şəhərdə polis və etirazçılar arasında gərginlik artır, zorakılıq halları qeydə alınır.
Fransanın daxili işlər naziri Laurent Nunez “France Inter” radiosuna müsahibəsində oktyabrın 17-də keçirilən aksiyalardan danışıb. O, istefa ərizəsini təqdim etdiyini bildirərək baş verənlərə görə məsuliyyət daşıdığını deyib. Nazir ölkənin mənafeyini düşündüyünü vurğulayıb və dəymiş zərərin miqyasını nəzərə alaraq istefa verməyin ən doğru qərar olduğunu bildirib. pizza hut
Nunezin sözlərinə görə, hakimiyyət “Sarı jiletlilər”in aksiyalarına 200 min nəfərin qatılacağını gözləyirdi. Lakin oktyabrın 17-də etirazçılarının sayı 550 mini ötüb.
Nazir zorakılıq hallarının bir daha təkrarlanmamasını istədiyini də qeyd edib. Laurent Nunez bəzi böyük şəhərlərdə yüzlərlə mağazanın talan edildiyini xatırladıb.
Qeyd edək ki, “Sarı jiletlilər”in aksiyaları zamanı ciddi zorakılıq hallarının yaşandığı Fransanın ikinci ən böyük şəhəri Marselə daxili işlər nazirinin səfəri gözlənilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız