Bu gün İsrail Müdafiə Nazirliyi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan EXTRA-MR (orta mənzilli) raketlərinin və PULS tipli reaktiv yaylım atəşi sistemlərinin tədarükü üçün 235 milyon dollar dəyərində müqavilə imzalanıb.
"Yeni Sabah" Globes-ə istinadla xəbər verir ki, müqavilənin 3 il ərzində icra olunması nəzərdə tutulur.
EXTRA-MR orta mənzilli əməliyyatlar üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli idarəolunan raketdir. O, 80 kilometrədək məsafədə düşmən hədəflərini dəqiq vurmağa imkan verir. pizza hut
Sistem “Elbit Systems” şirkətinin PULS platformasına və mövcud C4I komanda-idarəetmə, rabitə və informasiya sistemlərinə tam uyğunlaşdırılıb. Bu, müxtəlif əməliyyat ssenariləri üçün çevik və sərfəli imkanlar yaradır”.
Telegram kanalımız