Meyvə-tərəvəz ixracının dəyəri 68 milyon dollar çoxaldı

saytların hazırlanması

Evə çatdırılma

Meyvə-tərəvəz ixracının dəyəri 68 milyon dollar çoxaldı

İqtisadiyyat

19 Oktyabr 2026 16:50 76


Azərbaycandan xarici ölkələrə ixrac edilən meyvə-tərəvəzin fiziki həcmində cüzi azalma olsa da, dəyər ifadəsində ciddi artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı (yanvar-sentyabr) ərzində ölkədən 563 min 338.68 ton tərəvəz və meyvə ixrac olunub. İxrac edilən məhsulların statistik dəyəri 671 milyon 397.01 min dollar təşkil edib. Bu göstərici ümumi ölkə ixracının 2.81%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 10.09%-ini təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkədən 574 min 303.66 ton meyvə-tərəvəz göndərilmişdi ki, bunun da statistik dəyəri 602 milyon 531.25 min dollar olmuşdu (ümumi ixracda payı 3.24%, qeyri-neft üzrə payı 22.74%). pizza sifarişi

Rəqəmlərdən göründüyü kimi, illik müqayisədə ixrac olunan tərəvəz və meyvənin fiziki həcmi 10 min 964.98 ton (və ya 1.91%) azalsa da, əldə olunan gəlir 68 milyon 865.76 min dollar (və ya 11.43%) artıb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!