Azərbaycan qırıcıları havaya qaldırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan qırıcıları havaya qaldırıldı

Siyasət

19 Oktyabr 2026 17:33 108


"Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər.

Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş imkanlarını nümayiş etdiriblər. Pepperoni pizza

Təlim müddətində həyata keçirilən əməliyyatlar pilotların taktiki hazırlıq səviyyəsinin və mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının artırılmasına, həmçinin hər iki ölkənin hərbi aviasiya heyətləri arasında təcrübə mübadiləsinin və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə yönəldilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!